ABŞ SEPAH ilə bağlı məlumat üçün pul mükafatı təyin edib
ABŞ Dövlət Departamenti ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı məlumat verənlər üçün 15 milyon dollara qədər mükafat elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Mükafat proqramı “Rewards for Justice” çərçivəsində həyata keçiriləcək və məqsəd İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı maliyyə mexanizmlərinin ifşa edilməsidir.
Açıqlamada bildirilir ki, SEPAH uzun illər ərzində müxtəlif fəaliyyətlərin maliyyələşdirilməsində ittiham olunur.
Qeyd olunur ki, SEPAH-ın “Qüds qüvvələri” xaricdəki əməliyyatları HƏMAS, Hizbullah və İraqdakı İranla əlaqəli silahlı qruplar vasitəsilə koordinasiya edir.
11:45 12.05.2026
Oxunuş sayı: 67