Tramp komandası ilə İrana qarşı növbəti addımları nəzərdən keçirib
ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti addımların müzakirəsi üçün milli təhlükəsizlik komandası ilə müşavirə keçirib.
Crossmedia.az Axios ABŞ mənbələrinə istinadən xəbər verir ki, görüşdə İranla bağlı mümkün hərbi ssenarilər və əməliyyatların yenidən başlanması ehtimalı müzakirə olunub.
Məlumata görə, müşavirədə İran ilə mümkün qarşıdurmanın gedişatı da gündəmə gətirilib.
Qeyd olunur ki, bu toplantı Tehranla aparılan danışıqların uğursuz nəticələnməsindən sonra baş tutub.
11:31 12.05.2026
Oxunuş sayı: 53