Qalibaf: İran bütün variantlara hazırdır
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ölkəsinin istənilən təcavüzə cavab verməyə hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İranın silahlı qüvvələri mümkün hücumlara “dərs öyrədən cavabla” reaksiya verməyə hazırdır.
“Səhv strategiya və səhv qərarlar həmişə səhv nəticələr verəcək. Bunu artıq bütün dünya başa düşüb”, – deyə o qeyd edib.
Qalibaf əlavə edib ki, İran bütün variantlara hazırdır və qarşı tərəfin “təəccüblənəcəyini” vurğulayıb.
11:10 12.05.2026
Oxunuş sayı: 119