Analitik: ABŞ İranla müharibədə məğlubiyyətə doğru gedir
ABŞ İranla müharibədə məğlubiyyətə doğru gedir.
Crossmedia.az xəbər verir ki, bu barədə tanınmış amerikalı neokonservator analitik Robert Kaqan “The Atlantic” nəşrində dərc olunan məqaləsində ABŞ-nin İranla müharibədə tam məğlubiyyətə doğru irəlilədiyini vurğulayıb.
Kaqanın fikrincə, ABŞ və İsrailin 37 gün davam edən hücumları İran rəhbərliyinin bir hissəsini sıradan çıxarsa və ordunu zəiflətməyə çalışsa da, Tehran heç bir güzəştə getməyib.
O yazır ki, ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Ras Laffan qaz obyektinə cavab zərbəsindən sonra hücumları dayandırmaq qərarına gəlib və bu zərbə illərlə bərpa olunacaq ciddi ziyan yaradıb.
Məqalədə qeyd olunur ki, İran Hörmüz boğazına nəzarəti saxlayaraq enerji təchizatına qlobal təsir imkanını genişləndirə, Körfəz ölkələrinə şərtlər diktə edə və Çin və Rusiya ilə daha güclü əməkdaşlıq qura bilər.
Kaqan müharibənin ABŞ-nin “kağız pələng” olduğunu ortaya çıxardığını, Vaşinqtonun silah ehtiyatlarını tükəndirdiyini və “Amerikadan sonrakı dünya”nın sürətləndiyini bildirib.
20:47 11.05.2026
Oxunuş sayı: 51