Hantavirusa doqquz yoluxma faktı təsdiqlənib
"MV Hondius" kruiz gəmisi ilə bağlı vəziyyətlə əlaqədar olaraq indiyə qədər Andes hantavirus infeksiyasının doqquz yoxuxma faktı təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Reaksiya Analitikası Bölməsinin rəhbəri Olivye Le Paulin deyib.
O, Cenevrədə hantavirusun yayılması ilə bağlı əməliyyat xəbərləri ilə canlı yayımda bildirib: "Bu günə qədər xəstəliyin doqquz halı qeydə alınıb, onlardan yeddisi laboratoriyada təsdiqlənib, o cümlədən üçü ölüm hadisəsi baş verib".
20:35 11.05.2026
Oxunuş sayı: 48