SEPAH komandiri danışıqların davam etdirilməsi üçün 5 şərt irəli sürüb
İran yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə gələcək danışıqlar aparmağa hazır olacaq.
Crossmedia.az xəbər verir ki, bunu SEPAH-ın Bəqiyyətullah qərargahının komandiri Məhəmməd Əli Cəfəri deyib.
O, açıq şəkildə bildirib ki, bütün cəbhələrdə müharibə bitənə, sanksiyalar tamamilə ləğv edilənə və İranın dondurulmuş aktivləri azad edilənə qədər hər hansı bir yenidən danışıqlar yolu bağlı qalacaq.
SEPAH-ın keçmiş komandanı eləcə də müharibənin vurduğu ziyana görə kompensasiyanı və İran rejiminin Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını hər hansı yeni razılaşmadan əvvəl digər əsas tələblər kimi təqdim edib.
20:22 11.05.2026
Oxunuş sayı: 44