Tofiq Musayev Trinidad və Tobaqonun BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev Trinidad və Tobaqonun təşkilatdakı daimi nümayəndəsi Neil Parsanı qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Ölkələrimiz və nümayəndəliklərimiz arasındakı səmərəli əməkdaşlığı məmnunluqla qeyd etdik və BMT gündəliyindəki qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.
20:04 11.05.2026
Oxunuş sayı: 50