Ukrayna artıq Taurus raketinin ekvivalentinə malikdir
Ukrayna artıq Taurus raketinin ekvivalentinə malikdir.
Crossmedia.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixaylo Fedorov deyib.
"Əgər Taurus raketlərindən danışırıqsa, əlbəttə ki, artıq oxşar və ya daha böyük məsafədə işləyən raketlərimiz var", - deyə müdafiə naziri alman həmkarı Boris Pistoriusla Kiyevdə keçirdiyi brifinqdə qeyd edib.
O, həmçinin əlavə edib ki, Ukrayna Rusiyaya qarşı zərbələr baxımından müstəqillik qazanır:
"Hamımız Rusiyaya qarşı 1500 km məsafədə zərbələr görmüşük. Beləliklə, Ukrayna öz işini yaxşı yerinə yetirir”.
19:31 11.05.2026
Oxunuş sayı: 39