Hantavirus Ukraynada da yayılır
İlin əvvəlindən bəri Ukraynanın Xmelnitski şəhərində iki hantavirus infeksiyası hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhərin yoluxucu xəstəliklər xəstəxanası məlumat yayıb.
Birinci xəstəyə böyrək sindromu ilə müşayiət olunan kəskin hemorragik qızdırma diaqnozu qoyulub. Digər xəstədə qaraciyər zədələnməsi, səpgi və qızdırma müşahidə olunub. Hər ikisi laboratoriyada təsdiqlənib.
Bu infeksiyanın ilk məlum halları Atlantik okeanında "MV Hondius" kruiz gəmisində qeydə alınıb. Bir ukraynalı gəmidən təxliyə edilib, dördü isə gəmidə qalıb.
19:27 11.05.2026
Oxunuş sayı: 39