Almaniya müdafiə naziri: Putin sülh istəyir, bu, təəccüblüdür
Rusiya lideri Vladimir Putin bir daha bizə sülh istədiyinə inandırmağa çalışır və bu təəccüblüdür.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, bunu Almaniyanın Müdafiə Naziri Boris Pistorius bildirib.
"Onun keçmiş vədləri ilə bağlı təcrübəmiz bizi ehtiyatlı olmağa məcbur edir. Çox vaxt o, yalan və manevrlərə əl atır. Buna görə də, Putinin vədlərini bir amilə əsasən qiymətləndirəcəyik: əgər o, həqiqətən sülh istəyirsə, qətlləri dayandırmaqla, davamlı atəşkəsə başlamaqla və ukraynalı dostlarımız üçün qəbuledilməz şərtlər olmadan sülh danışıqlarına razılıq verməklə buna asanlıqla və tez nail ola bilər”, - deyə Almaniyanın müdafiə naziri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.
19:22 11.05.2026
Oxunuş sayı: 48