Tramp Moskvaya gedə bilər
Rusiya lideri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ağ Ev rəhbəri Donald Trampın Rusiyaya səfər dəvətinin qüvvədə qaldığını bildirib.
Crossmedia.az TASS-a istinadən xəbər verir.
O, həmçinin Putinin Amerika liderini Moskvada görməkdən həmişə məmnun olacağını vurğulayıb.
Kremlin sözçüsü bildirib ki, Rusiya prezidentinin amerikalı həmkarı ilə Moskvada görüşməkdən həmişə məmnun olacağına şübhəsi yoxdur.
19:10 11.05.2026
Oxunuş sayı: 59