Lukaşenko: Quru əməliyyatı olmadan qələbə mümkün deyil
Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin mümkün təhdidlərə qarşı quru əməliyyatlarına hazırlığını yoxlamağı tapşırdığını bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Lukaşenko Belarus ordusunun potensial aqressiyaya qarşı döyüş hazırlığının yoxlanıldığını deyib.
Onun sözlərinə görə, müasir münaqişələr göstərir ki, yalnız hava zərbələri ilə qələbə qazanmaq mümkün deyil və quru əməliyyatlar həlledici rol oynayır.
Lukaşenko nümunə kimi İsrail, İran və ABŞ arasında gərginlikləri göstərərək bildirib ki, raket və hava hücumları nəticə vermir: “Quru əməliyyatsız heç nə mümkün deyil”, – deyə o qeyd edib.
Nigar Xəlilli
16:50 11.05.2026
Oxunuş sayı: 50