Paşinyan Ermənistan-Rusiya əlaqələrini müsbət dəyərləndirib
Nikol Paşinyan Ermənistan və Rusiya arasında münasibətlərdə baş verən dəyişiklikləri müsbət qiymətləndirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Ermənistanın baş naziri rəhbərlik etdiyi siyasi partiyanın iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası çərçivəsində jurnalistlərlə söhbət edib.
Nikol Paşinyan qeyd edib ki, İrəvanın Rusiyaya zərər vurmaq niyyəti yoxdur və ölkənin bütün addımları yalnız milli maraqlara əsaslanır.
“Biz başa düşürük ki, Ermənistan-Rusiya münasibətlərində transformasiya prosesi gedir və biz bu əlaqələri inkişaf etdirməyə davam edəcəyik. Bu, siyasi zövq məsələsi deyil, obyektiv prosesdir. Mən bu dəyişiklikləri müsbət qiymətləndirirəm”, – deyə o bildirib.
16:24 11.05.2026
Oxunuş sayı: 47