Gürcü Pravoslav Kilsəsinə yeni patriarx seçilib
Gürcü Pravoslav Kilsəsində keçirilən genişləndirilmiş toplantı nəticəsində yeni patriarx seçilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tbilisidə Müqəddəs Üçlük Katedralində Sameba Katedrali baş tutan iclasda təxminən 1200 nəfər iştirak edib. Səsvermə hüququ isə yalnız Müqəddəs Sinodun 39 üzvünə məxsus olub.
Səsvermənin nəticələrinə əsasən, 22 üzv 57 yaşlı Şio Elizbar Mujirinin namizədliyini dəstəkləyib və o, yeni patriarx seçilib.
16:37 11.05.2026
Oxunuş sayı: 59