ABŞ əsir mübadiləsində vasitəçi olub
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesdə iştirakını davam etdirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenskiyə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov tərəfindən Uitkoff və Kuşnerlə keçirilən danışıqların nəticələri barədə məlumat verilib.
Ukrayna liderinin sözlərinə görə, ABŞ xüsusilə əsir mübadiləsi məsələsində vasitəçi rolunu oynayıb.
Zelenski qeyd edib ki, mübadilə ilə bağlı razılaşmaların koordinasiyası üçün təmaslar davam edir və tərəflər artıq siyahıları təqdim edib.
O əlavə edib ki, ABŞ tərəfinin əldə olunan razılaşmaların icrasında fəal rol oynayacağı gözlənilir. Zelenskinin sözlərinə görə, Amerikada müharibənin başa çatdırılması üçün liderlər səviyyəsində mümkün görüş və danışıqlar formatları da müzakirə olunub.
Nigar Xəlilli
17:45 11.05.2026
Oxunuş sayı: 45