ŞOK QƏRAR: Macarıstan Ukraynaya hərbi və maliyyə dəstəyini tam rədd etdi
Macarıstanın keçmiş baş naziri Viktor Orban bildirib ki, ölkəsi Ukraynaya nə silah, nə də hərbi qüvvə göndərməyəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Eyni mövqe Xarici İşlər Nazirliyinə namizəd kimi göstərilən Anita Orban tərəfindən də təsdiqlənib. O qeyd edib ki, Budapeşt Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 90 milyard avroluq kredit paketində də iştirak etməyəcək.
Macarıstan rəsmiləri bu qərarı ölkənin milli maraqları və münaqişəyə birbaşa müdaxilədən çəkinmə siyasəti ilə izah ediblər.
17:37 11.05.2026
Oxunuş sayı: 47