Sindarov Qukeşə qarşı blitsdə iki qələbə qazanıb
Şahmat üzrə peşəkar idmançı Cavohir Sindarov "Super Rapid & Blitz Poland" yarışında 7-9-cu yerləri bölüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Polşanın paytaxtı Varşavada keçirilən turnirin əsas diqqət çəkən məqamı Sindarovun gələcək dünya çempionatı rəqibi Dommaracu Qukeşə qarşı keçirdiyi oyunlar olub.
Məlumata görə, sürətli şahmat görüşündə hindistanlı qrossmeyster qalib gəlib. Lakin özbək şahmatçı blits qarşılaşmalarında iki qələbə qazanaraq məğlubiyyətin əvəzini çıxıb.
17:19 11.05.2026
Oxunuş sayı: 54