Kraliça Matilda Baykar şirkətini ziyarət edib
Belçikanın kraliçası Matilda Baykar şirkətini ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Belçikanın İqtisadi Missiyası çərçivəsində Türkiyəyə səfər edən Kraliça Matildanın rəhbərlik etdiyi nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzində olub.
Səfər zamanı nümayəndə heyətinə “Baykar”ın fəaliyyəti və milli texnologiya layihələri barədə məlumat verilib.

17:03 11.05.2026
Oxunuş sayı: 54