Livanın cənubunda İsrail əsgərlərinin yerləşdiyi ev vurulub
Hizbullah Livanın cənubunda İsrail əsgərlərinin yerləşdiyi evə pilotsuz uçuş aparatı ilə üç dəfə hücum etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, təşkilatın yaydığı bəyanata əsasən, hadisə Livanın cənubundakı Baydar əl-Fəqani yaşayış məntəqəsində baş verib.
Məlumata görə, birinci və ikinci hücumlardan sonra İsrailin dəstək qüvvələri zərərçəkənlərin təxliyəsi üçün helikopterlərlə əraziyə gəlib, eyni zamanda atəş və tüstü qumbaralarından istifadə olunub.
Bəyanatda qeyd edilib ki, daha sonra həmin obyekt eyni pilotsuz aparat vasitəsilə üçüncü dəfə vurulub.
İsrail Müdafiə Ordusu isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
16:18 11.05.2026
Oxunuş sayı: 60