Medinsky: “Ukrayna prokurorluğu tarixdən qorxur”
Rusiyalı siyasətçi və prezidentin köməkçisi Vladimir Medinsky Ukraynada haqqında qiyabi hökm çıxarıldıqdan sonra bildirib ki, ölkə prokurorluğu “tarixdən qorxur”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O qeyd edib:
“Tarix bir silahdır. Ukrayna prokurorluğunda da elə axmaq adamlar oturmur. Bunu anlayırlar. Reaksiyalarından görünür ki, qorxurlar”.
Bundan əvvəl Kiyev məhkəməsinin Anatoly Torkunov ilə birlikdə Medinskini 11-ci sinif üçün tarix dərsliyi yazdıqlarına görə qiyabi şəkildə 10 il azadlıqdan məhrum etdiyi bildirilmişdi.
18:35 10.05.2026
Oxunuş sayı: 59