İndoneziyada vulkan partlayışı baş verib
Halmahera adasında yerləşən Dukono vulkanının püskürməsi nəticəsində itkin düşən iki Sinqapur vətəndaşının öldüyü təsdiqlənib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Xilasetmə xidmətlərinin məlumatına görə, onların cəsədləri kraterin kənarında daş uçqunu altında bir-birinə sarılmış vəziyyətdə aşkarlanıb. Axtarış əməliyyatının çətin relyef və güclü yağış səbəbilə mürəkkəb şəraitdə aparıldığı bildirilib.
Cəsədlər yerli xəstəxanaya aparılaraq ekspertizaya göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir.
17:34 10.05.2026
Oxunuş sayı: 46