İran ABŞ-ni hədələyib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri komandanı bildirib ki, qüvvələr istənilən an zərbə endirməyə hazır vəziyyətdədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, raket və pilotsuz uçuş aparatları potensial hədəflərə yönəldilib və yalnız əmrin verilməsi gözlənilir.
Eyni zamanda İİKK-nın Hərbi Dəniz Qüvvələri komandanlığı ABŞ-yə xəbərdarlıq edərək İran tankerlərinə və ya ticarət gəmilərinə hər hansı hücumun bölgədəki ABŞ obyektlərinə və “düşmən gəmilərinə” güclü cavabla nəticələnəcəyini bildirib.
16:10 10.05.2026
Oxunuş sayı: 52