Almaniya ABŞ-dən raket alacaq
Almaniya ABŞ-dən “Tomahawk” qanadlı raketləri və “Typhon” buraxılış sistemlərini almaq üçün danışıqları sürətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu addım Pentaqonun Almaniyada ABŞ raket batalyonunun yerləşdirilməsindən imtina etməsindən sonra gündəmə gəlib. Almaniyanın müdafiə naziri Boris Pistoriusin danışıqları irəlilətmək üçün Vaşinqtona səfər etməsi planlaşdırılır.
Berlin bu qərarı Rusiyaya qarşı çəkindirici gücün zəifləməsi riski ilə əsaslandırır və hətta raketlər üçün daha yüksək qiymət ödəməyə hazır olduğu bildirilir.
Qeyd olunur ki, hazırda Avropada uzaqmənzilli quru əsaslı raket sistemləri məhdud saydadır və bu vəziyyət NATO daxilində təhlükəsizlik balansına dair müzakirələri daha da aktuallaşdırır.
17:15 10.05.2026
Oxunuş sayı: 62