İsrail İraqda gizli baza yaradıb
İsrail İraq ərazisində İrana qarşı hava əməliyyatlarını dəstəkləmək məqsədilə gizli hərbi baza yaradıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, baza İranla müharibənin başlanmasından qısa müddət əvvəl ABŞ administrasiyasının məlumatı daxilində qurulub. Obyektdə İsrail xüsusi təyinatlılarının yerləşdirildiyi və bazanın İsrail Hərbi Hava Qüvvələri üçün logistika mərkəzi kimi istifadə olunduğu qeyd edilir.
Bildirilir ki, İraq qüvvələri bazanı aşkar etməyə yaxınlaşdığı vaxt İsrail həmin mövqelərə hava zərbələri endirib.
Məlumatda həmçinin vurğulanır ki, mümkün təyyarə qəzaları ehtimalı nəzərə alınaraq bazada pilotların təxliyəsi üçün axtarış-xilasetmə qrupları da fəaliyyət göstərib.
15:35 10.05.2026
Oxunuş sayı: 68