Rusiya Xəzər dənizi vasitəsilə İrana silah göndərir
Rusiya ABŞ hücumları fonunda İrana dəstəyini davam etdirərək Xəzər dənizi üzərindən hərbi və kommersiya təchizatı həyata keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.
Nəşrin iddiasına görə, Xəzər dənizi sanksiyalardan və ABŞ-nin Hörmüz boğazında tətbiq etdiyi dəniz blokadasından yayınmaq üçün strateji dəhlizə çevrilib. Amerika rəsmiləri bildirirlər ki, Moskva bu marşrut vasitəsilə dron istehsalı üçün komponentlər də göndərir.
Məlumata əsasən, əvvəllər beynəlxalq ticarət kanalları ilə daşınan buğda, qarğıdalı və bitki yağı kimi əsas məhsullar indi İranın Xəzər sahilində fəaliyyət göstərən 4 limanı vasitəsilə ölkəyə çatdırılır.
Analitiklər hesab edir ki, bu marşrut müharibə şəraitində İranın həm hərbi, həm də ərzaq təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyır.
12:00 10.05.2026
Oxunuş sayı: 59