Dünya neftsiz qala bilər? - 270 milyon barel ehtiyat YOXA ÇIXDI
ABŞ və İsrailin İrana qarşı apardığı müharibədən sonra qlobal neft ehtiyatları rekord sürətlə azalır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Fars körfəzindən neft ixracının dayanması dünya bazarında ciddi təchizat böhranı yaradıb.
“Morgan Stanley”in hesablamalarına əsasən, yalnız 1 mart – 25 aprel tarixləri arasında dünya üzrə neft ehtiyatları təxminən 270 milyon barel azalıb.
Mütəxəssislər bildirirlər ki, ehtiyatların bu qədər sürətlə tükənməsi dövlətlərin və sənaye sektorunun müharibə səbəbindən yaranan bir milyard bareldən artıq təchizat itkisini kompensasiya etməsini çətinləşdirir.
Analitiklərin fikrincə, mövcud vəziyyət yaxın aylarda qlobal enerji bazarında qiymət artımı və yeni təchizat riskləri yarada bilər.
11:15 10.05.2026
Oxunuş sayı: 68