Bayramov: Ermənistanda seçkiqabağı kampaniyada Azərbaycana qarşı revanşizm nümayiş etdirilir
Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər.
Crossmedia.az xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır:
"Faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır və orada gərgin mübarizə gedir. Fərqli siyasi qruplar seçkiqabağı kampaniya dövründə müxtəlif vasitələrdən istifadə edir. Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər".
C. Bayramov vurğulayıb ki, Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək:
"Azərbaycan dövləti prosesləri diqqətlə izləyir və siyasətini, ilk növbədə, Azərbaycanın milli maraqları əsasında qurur".(Report)
11:02 10.05.2026
Oxunuş sayı: 66