İran qəzeti SEPAH-ı tənqid etdi: Hörmüzdə güzəştə yer yoxdur
Hörmüzdə güzəştə yer yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın ali rəhbərinə bağlı radikal mövqeli “Keyhan” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İslam Respublikasına qarşı dəniz blokadasının davam etdiyi bir vaxtda Hörmüz boğazından gəmilərin keçməsinə icazə verilməsini tənqid edib.
Qəzet SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bu addımını “birtərəfli güzəşt” adlandıraraq, İranın blokada şəraitində geri addım atmamalı olduğunu bildirib.
“Keyhan” yazıb ki, ABŞ ordusunun bazar ertəsi günü həyata keçirdiyi addımların uğursuzluğundan sonra SEPAH-ın Dəniz Qüvvələrinin gəmilərin boğazdan keçə biləcəyinə dair bəyanat yayması sual doğurur.
“Niyə SEPAH-ın Hərbi Dəniz Qüvvələri gəmilərin gəlib keçə biləcəyi barədə bəyanat yayıb? Hətta onların yanacaq və digər ehtiyaclarını ödəyəcəyik?” – deyə qəzetdə yazılıb.
Qeyd olunub ki, belə bir şəraitdə Tehran “düşmənin birtərəfli güzəştləri nəzərdən keçirəcəyi” mövqeyinə düşməməlidir.
10:43 10.05.2026
Oxunuş sayı: 51