Cüdo üzrə Avropa Kuboku: Azərbaycan ikinci pillədə qərarlaşıb
Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürüb.
Crossmedia.az xəbər verir ki, ilk yarış günündə milli komandamız bir qızıl, bir gümüş və üç bürünc olmaqla, ümumilikdə beş medal qazanıb.
Mükafatların üçü 66 kq çəki dərəcəsində əldə olunub. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medala sahib çıxıb. Digər bürünc medallara Babarəhim Mirzəyev (60 kq) və Rüfət Şövlətov (73 kq) yiyələniblər.
Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan 18 ölkə arasında ikinci pillədə qərarlaşıb.
21:26 09.05.2026
Oxunuş sayı: 41