Suriya ordusunun bərpası İsraili hərəkətə keçirib
İsraildə Suriya silahlı qüvvələrinin yenidən qurulması ilə bağlı narahatlıq artıb.
Crossmedia.az xəbər verir ki, İsrailin “Maariv” qəzeti Suriya Prezidenti Əhməd əl-Şara tərəfindən Suriya ordusunun bərpası istiqamətində görülən işlərin Təl-Əvivdə ciddi narahatlıq yaratdığını yazıb.
Məlumata görə, İsrail tərəfi yeni Suriya hakimiyyətinin hərbi gücünü gözləniləndən daha sürətlə artırdığını hesab edir.
Qəzet iddia edir ki, bu prosesdə Türkiyənin Suriya hakimiyyətinə dəstək göstərməsi İsrail rəhbərliyinin narahatlığını daha da gücləndirib.
Bildirilir ki, Suriya rəhbərliyi hərbi hava qüvvələrinin yenidən formalaşdırılması, eləcə də zirehli texnika, artilleriya və raket bölmələrinin bərpası üzərində işləyir.
İsrail mənbələri yeni Suriya hökumətini potensial uzunmüddətli təhlükə kimi qiymətləndirir və hesab edirlər ki, gücləndirilən hərbi imkanlar gələcəkdə İsrailə qarşı yönələ bilər.
Məlumata görə, İsrail hərbi kəşfiyyatı vəziyyəti yaxından izləyir, Suriya sərhədi boyunca yerləşən qüvvələr isə müdafiə mövqelərini gücləndirir.
10:07 09.05.2026
Oxunuş sayı: 45