İranda daxili mübarizə ABŞ ilə danışıqları çətinləşdirir
“The New York Post” nəşri İranda daxili siyasi güc mübarizəsinin ABŞ ilə aparılan danışıqlara mənfi təsir göstərdiyini yazıb.
Crossmedia.az xəbər verir ki, hesabatda qeyd olunur ki, İranda müxtəlif siyasi və hərbi qruplar Vaşinqtonla mümkün razılaşma məsələsində fərqli mövqelər sərgiləyir. Bir tərəf danışıqlar və kompromisi dəstəkləsə də, digər qrup müharibənin davam etdirilməsinin tərəfdarı kimi çıxış edir.
Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqer Qalibaf danışıqlar prosesində əsas rol oynasalar da, yekun qərarın qəbulunda əsas söz İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlarına məxsusdur.
Nəşrə danışan mənbə bildirib ki, hazırda güc balansı SEPAH-ın xeyrinədir və bu qurum ölkə daxilində strateji qərarlara ciddi təsir göstərir.
Hesabatda həmçinin vurğulanır ki, münaqişə və gərginlik şəraitində SEPAH-ın təsiri daha da artır və bu da Tehranda bəzi dairələrin müharibənin davam etdirilməsində maraqlı olması ilə nəticələnir.
09:37 09.05.2026
Oxunuş sayı: 50