Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Berlində bürünc medal qazanıb
Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya seriyasında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında uğurlu çıxış edib.
O, 1:03.42 nəticə göstərərək gənclər arasında bürünc medala sahib çıxıb.
22:55 08.05.2026
Oxunuş sayı: 26