ABŞ Şərqi Avropadakı müharibədə vasitəçilik rolundan imtina edə bilər
Əgər heç bir irəliləyiş əldə olunmasa , ABŞ Ukrayna üzrə üçtərəfli sülh danışıqlarından çıxa bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ABŞ danışıqlar prosesində vasitəçi rolunu oynamağa çalışıb, lakin bu, heç bir konkret nəticə verməyib. Rubio vurğulayıb ki, Amerika bu rolu oynamağa davam etməyə hazırdır, amma yalnız bu, məhsuldar olduğu təqdirdə.
Dövlət katibi bildirib ki, biz vaxtımızı və enerjimizi irəliləyiş gətirməyən səylərə sərf etmək istəmirik.
21:24 08.05.2026
Oxunuş sayı: 44