Paşinyan: Qarabağ hərəkatı erməni xalqı üçün ölümcül bir səhv idi
“Açıq şəkildə bildirmək istəyirəm ki, ərazi itirməmişik, çünki ərazilərimiz olduğuna inandırılan ərazilər bizə məxsus deyildi, həm də beynəlxalq səviyyədə tanınmış ərazilərimiz üzərində mənsubiyyət və mülkiyyət hüququmuzu zəiflətmək üçün istifadə olunurdu”.
Crossmedia.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə deyib.
Paşinyanın sözlərinə görə, Qarabağ hərəkatı erməni xalqı üçün ölümcül bir səhv idi.
20:41 08.05.2026
Oxunuş sayı: 29