Polşa Aİ -dən 44 milyard avro alacaq
Polşa hərbi modernləşdirmə üçün Avropa İttifaqından(Aİ) təxminən 44 milyard avro alacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Polşa Rusiya təhdidi və ABŞ-nin dəstəyinin mümkün azalması qarşısında Avropa müdafiəsini gücləndirmək üçün yaradılan SAFE proqramı çərçivəsində kredit müqaviləsi imzalayan ilk Aİ üzvü olub.
Varşava hərbi modernləşdirmə, müdafiə sənayesinin inkişafı, silah və kritik infrastrukturun alınması üçün 43,7 milyard avro alacaq.
Polşa Baş naziri Donald Tusk bunu Polşa və bütün Avropa İttifaqı üçün dönüş nöqtəsi adlandırıb. Onun sözlərinə görə, Avropa nəhayət tarixdən dərs çıxarmağa və öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımağa başlayır.
Polşa artıq iqtisadiyyatına nisbətən müdafiəyə digər NATO ölkələrindən daha çox pul xərcləyir - Ümumi Daxili Məhsulun təxminən 4,8%-i.
20:05 08.05.2026
Oxunuş sayı: 37