"İmişli" səfərinə yollanan "Zirə" rəqibi ilə bərabərə qalıb
Misli Premyer Liqasında XXXI tura start verilib.
Crossmedia.az xəbər verir ki, ilk oyun günündə "İmişli" səfərinə yollanan "Zirə" rəqibi ilə bərabərə qalıb.
Quba Olimpiya İdman Kompleksində baş tutan matçda hesab açılmayıb.
"Zirə" 50 xalla dördüncü sırada qərarlaşıb. "İmişli" isə 33 xalla doqquzuncudur.
Günün ikinci görüşündə çempionluğunu rəsmiləşdirən "Sabah" "Kəpəz"i sınağa çəkəcək. "Bank Respublika Arena"dakı oyuna saat 19:30-da start veriləcək.
Xatırladaq ki, Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.
18:25 08.05.2026
Oxunuş sayı: 25