Bakı Dövlət Universiteti ilə Milli Observatoriya arasında görüş keçirilib
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, universitetdən bildirilib ki, görüş ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə imzalanmış memorandumun tədbirlər planı çərçivəsində baş tutub. Müzakirələrdə indiyədək görülmüş işlər - əmək bazarının tələblərinə uyğun kadr hazırlığının istiqamətləndirilməsi, tələbələrin praktik bacarıqlarının inkişafına dəstək verilməsi və birgə layihələrin başlanması nəzərdən keçirilib.
Bununla yanaşı, gələcək mərhələdə ali məktəb məzunlarının məşğulluq göstəricilərinin daha geniş təhlili, tələbələrin analitik tədqiqat imkanlarına çıxışının artırılması, məlumat bazalarından istifadənin genişləndirilməsi, praktik təcrübə proqramlarının, seminarların və müxtəlif peşəkar inkişaf təlimlərinin təşkili planlaşdırılıb.
12:14 08.05.2026
Oxunuş sayı: 48