Azərbaycanlı futbolçu Albaniya çempionatının oyununda qol vurub
Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev həmin ölkənin çempionatında qol vurub.
Crossmedia.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Superliqanın XXXV turunun “Partizani” ilə oyununda fərqlənib. 17-ci dəqiqədə rəqib qapısına yol tapan Əliyev komandasını hesabda önə keçirib – 1:0.
Qeyd edək ki, hazırda matçda fasilədir. “Eqnatiya” fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.
19:05 06.05.2026
Oxunuş sayı: 33