"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turu start götürüb
"Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib.
Crossmedia.az xəbər verir ki, Bakı Kristal Zalındakı turnirdə son turun rəmzi ilk gedişlərini Avropa Şahmat Birliyinin Prezidenti Zurab Azmayparaşvili, Türkiyə Şahmat Federasiyasının Prezidenti Fethi Apaydın, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili və digər rəsmi şəxslər ediblər.
Qeyd edək ki, yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.
Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.
14:25 06.05.2026
Oxunuş sayı: 44