İrəvanda Zelenskinin səfərinə etiraz aksiyası keçirilib
İrəvanda “Yerablur” memorial kompleksində Ukrayna Prezidenti Volodimir Zelenskinin səfərinə etiraz aksiyası keçirilib. Aksiya zamanı Ukrayna bayrağının yandırıldığı bildirilir. Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Aksiya iştirakçıları “Yerablur”da dəfn olunanların xatirəsini yad etdiklərini, Ukraynadan göndərildiyi iddia edilən fosforlu silahlarla bağlı narazılıqlarını ifadə ediblər. Onlar Zelenskinin həmin əraziyə səfərini etirazla qarşılayıblar.
11:03 06.05.2026
Oxunuş sayı: 51