Tramp Hörmüz boğazında müşayiət əməliyyatını müvəqqəti dayandırıb
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ticarət gəmilərinin müşayiəti ilə bağlı həyata keçirilən əməliyyatın müvəqqəti dayandırıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl başladılan “Azadlıq Layihəsi” əməliyyatı Iran ilə aparılan danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə olunması səbəbindən tərəflərin qarşılıqlı razılığı ilə qısa müddətə dayandırılır.
İranın dövlət mediası isə bu qərarı qələbə kimi təqdim edib. Bildirilir ki, ABŞ lideri strateji əhəmiyyətli gəmi daşımalarını tam bərpa etmək cəhdlərində bir sıra uğursuzluqlardan sonra geri çəkilmək məcburiyyətində qalıb.
09:24 06.05.2026
Oxunuş sayı: 53