Paşinyan Ermənistan-Aİ əlaqələrindən danışıb
Ermənistanın Baş naziri Nikol Paşinyan hibrid təhdidlərlə bağlı Aİ rəhbərliyinə şikayət edib.
İrəvanda keçirilən ilk Ermənistan-Avropa İttifaqı (Aİ) sammitinin media bölməsində ölkənin baş naziri Nikol Paşinyan gündəmdəki geniş məsələlərin müzakirə olunduğunu və onların əksəriyyəti üzrə ortaq mövqe və qarşılıqlı anlaşma olduğunu qeyd edib.
Crossmedia.az bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.
Həmçinin, Paşinyan demokratik və institusional islahatlarda Ermənistana göstərdiyi köməyə görə Aİ-yə təşəkkür edib. Baş nazir deyib: "Demokratiya bizim üçün şəraitə görə bir şıltaqlıq deyil, Ermənistan xalqının seçdiyi bir strategiyadır".
Onun sözlərinə görə, siyasi iradəyə əsaslanaraq həyata keçirilə biləcək bütün islahatlar artıq Ermənistanda həyata keçirilib. Paşinyan əlavə edib ki, onların davamlılığı üçün institusional, qanunvericilik və ekspert investisiyaları lazımdır və bu məsələdə Aİ ilə əməkdaşlığın vacibliyinə toxunub.
O, həmçinin Ermənistanda məhkəmə sisteminin müstəqilliyinin qurulmasında, eləcə də hibrid təhdidlərə, sosial şəbəkələrdə və mediada dezinformasiya və nifrətin yayılmasına qarşı mübarizədə göstərilən köməyə görə minnətdarlığını bildirib.
20:32 05.05.2026
Oxunuş sayı: 49