Serdar Kılıç Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından danışıb
Biz Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmırıq. Bu, normallaşma prosesi deyil, etimadın qurulması prosesidir. Biz iki ölkə arasında münasibətlərin tam normallaşmasına aparacaq hərtərəfli addımlar ata bilmək üçün etimad yaratmağa çalışırıq.
Crossmedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə-Ermənistan Normallaşma Prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bunu Ermənistan paytaxtında keçirilən İrəvan Dialoqu 2026 beynəlxalq forumunda bildirib.
O izah edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və ya etimadın qurulması prosesləri regionda nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş ümumi səylərdən təcrid oluna bilməz: "Və biz özümüzü yalnız nəqliyyat və ya dəmir yolları ilə məhdudlaşdırmamalıyıq. Səy göstərməli olduğumuz daha vacib sahələr var: internet bağlantısı. Nəqliyyat və hava əlaqəsi də çox vacibdir. Regional sülh və sabitliyin bərqərar olması üçün daha geniş bir vizyona ehtiyacımız var".
O, nəqliyyatın əlçatanlığına və bölgədə sülh və sabitliyin bərqərar olmasına daha geniş yanaşmanın zəruriliyinə diqqət çəkib: "Bu məsələ ilə bağlı kimin təkliflər verməli olduğu və üçüncü ölkələrin də ideyalarla çıxış edib-etməməsi barədə öz fikirləri var. Lakin, ümumiyyətlə, münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, eləcə də regionda uzunmüddətli və davamlı sülh və sabitliyin yaradılması üçün hər hansı bir ideya regionun özündə, regionun özündə yaranmalıdır".
20:21 05.05.2026
Oxunuş sayı: 46