Səfir: Rusiya kimsə üçün təhdid deyil
Rusiya kimsə üçün təhlükə yaratmır və Norveç və ya digər NATO ölkəsi ilə silahlı və ya "hibrid" qarşıdurmada maraqlı deyil. Bununla belə, o, yaratdığı təhdidləri adekvat cavabsız qoymayacaq.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov TASS agentliyinə müsahibəsində deyib.
"Həqiqətən də, NATO ölkələri dəfələrlə qanunsuz hərəkətləri ilə beynəlxalq hüququn fundamental normalarını pozaraq, sözdə kölgə donanması ilə mübarizə adı altında kommersiya gəmiçiliyinin azadlığını məhdudlaşdırmağa hazır olduqlarını nümayiş etdiriblər", -o bildirib.
19:46 05.05.2026
Oxunuş sayı: 39