İran mediası: ABŞ bayrağı altında iki gəmi Hörmüz boğazında “ilişib qalıb”
İran mediası ABŞ-yə məxsus olduğu iddia edilən ticarət gəmiləri ilə bağlı məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, “Fars News” agentliyi məlumatlı mənbəyə istinadən iki ABŞ bayrağı altında üzən ticarət gəmisinin Hörmüz boğazından keçərkən çətinliklə üzləşdiyini bildirib.
Məlumata görə, həmin gəmilərin boğazın cənub hissəsində yerləşən qayalı və təhlükəli ərazidə ilişib qaldığı və Oman sahilləri yaxınlığında hərəkət edə bilmədiyi iddia olunur.
Mənbə bunun səbəbi kimi bölgənin mürəkkəb və qayalı relyefini göstərib.
Eyni zamanda, “Fars News” BƏƏ-nin Füceyra bölgəsində baş verən yanğınla bağlı da iddia irəli sürərək, hadisənin ABŞ ordusu tərəfindən məqsədli şəkildə həyata keçirilən “sərgüzəşt” ola biləcəyini və bunun gəmilərin Hörmüz boğazında bəzi ərazilərdən keçidi ilə bağlı planlarla əlaqəli ola biləcəyini bildirib.
18:50 05.05.2026
Oxunuş sayı: 43