İsrail Nova festivalı hücumunda iştirak etmiş HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail Müdafiə Qüvvələri (IDF) 7 oktyabr hücumunda iştirak etdiyi bildirilən HƏMAS-ın Nuqba bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, IDF-nin məlumatına görə, Ənəs Məhəmməd İbrahim Hamed İsrail ərazisinə sızaraq, o cümlədən Nova festivalına hücumda iştirak edib.
Bildirilib ki, o, Qəzza zolağının mərkəzində həyata keçirilən hədəfli hava zərbəsi nəticəsində məhv edilib.
İsrail tərəfi əməliyyatdan əvvəl mülki əhali arasında itkilərin minimuma endirilməsi üçün bir sıra tədbirlərin görüldüyünü də vurğulayıb.
19:00 05.05.2026
Oxunuş sayı: 49