Bu ölkə Rusiyadan elektrik almağı DAYANDIRACAQ
Qazaxıstan Rusiyadan elektrik enerjisi almağı dayandıra biləcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Energetika nazirinin müavini Sunqat Yesimxanov ölkənin enerji təminatı ilə bağlı planlardan danışıb.
Onun sözlərinə görə, planlaşdırılan bütün yeni enerji obyektləri 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində istifadəyə verildikdən sonra Qazaxıstan elektrik enerjisi baxımından tam özünü təmin edə biləcək.
Rəsmilər bunun baş verməsi halında ölkənin xarici enerji asılılığının aradan qalxacağını bildirirlər.
18:30 05.05.2026
Oxunuş sayı: 42