Aİ-dən Ermənistana 2,5 milyard avroluq yardım edəcək
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlər indiyədək olduğundan daha yaxın səviyyəyə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, Ermənistanla viza liberallaşdırılması istiqamətində ciddi irəliləyiş əldə olunub və investisiya proqramı çərçivəsində artıq 2,5 milyard avro vəsait ayrılıb.
Lyayen qeyd edib ki, tərəflər yeni tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha yüksək səviyyəsinə keçirlər. O vurğulayıb ki, Ermənistan Mərkəzi Asiya, Xəzər dənizi və Avropa arasında ən qısa marşrutlardan biridir və bu potensial yeni imkanlar yaradır.
Aİ rəsmisi bildirib ki, bu proses Ermənistanın yeni ticarət yolları əldə etməsinə və xüsusilə xammal sahəsində regional mərkəzə çevrilməsinə şərait yarada bilər. Onun sözlərinə görə, Avropa həm nəqliyyat infrastrukturu, həm enerji əlaqələri, həm də rəqəmsal inteqrasiya sahəsində dəstək verməyə hazırdır.
Lyayen əlavə edib ki, Cənubi Qafqaz regionunda münaqişələr fonunda fərqli proses gedir və Ermənistanın atdığı addımlar sülh və əməkdaşlığa xidmət edir.
15:27 05.05.2026
Oxunuş sayı: 40