Qalibaf: Hörmüz boğazına nəzarət üçün yeni model formalaşır
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, Hörmüz boğazına nəzarət üçün yeni düstur möhkəmlənmə mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Onun sözlərinə görə, gəmiçilik və enerji tranzitinin təhlükəsizliyi ABŞ və onun müttəfiqləri tərəfindən atəşkəs rejiminin pozulması və blokada addımları ilə təhlükə altına düşüb.
Qalibaf qeyd edib ki, mövcud status-kvonun saxlanması ABŞ üçün qəbuledilməzdir və İranın bu məsələdə addımlarının hələ başlanğıc mərhələsində olduğunu vurğulayıb.
13:33 05.05.2026
Oxunuş sayı: 46