Pezeşkian SEPAH-dan narazıdır: Qonşu ölkələrə zərbələr geri dönməz nəticələr doğura bilər
İran prezidenti Məsud Pezeşkian İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın addımlarından narazılığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı “İran İnternational” kanalı yayıb.
Pezeşkian SEPAH-ın bəzi hərbi əməliyyatlarını “tamamilə məsuliyyətsiz” adlandırıb və onların ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirildiyini bildirib.
O, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri ərazisinə endirilən zərbələrin regionda gərginliyi artırdığını və bunun “geri dönməz nəticələrə” səbəb ola biləcəyini vurğulayıb.
Məlumata görə, Pezeşkian SEPAH-ın Fars körfəzi ölkələrinə qarşı hücumlarının dayandırılmasını tələb edib və eskalasiyanın qarşısını almaq üçün ali rəhbərliklə təcili görüşmək istəyib.
O, mümkün beynəlxalq reaksiyalardan narahat olduğunu və İranın yeni genişmiqyaslı müharibəyə hazır olmadığını düşündüyünü bildirib.
11:18 05.05.2026
Oxunuş sayı: 48